Modern.az

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcək

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcək

Aktual

5 Avqust 2019, 15:11

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər. 


Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya eksklüziv açıqlamasında Məhəmməd Cavad Zərif bildirib. 

Cavad Zərif deyib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək. 

 

“İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”, - iranlı nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!