Goranboy rayon icra kakimiyyətində aparat işçilərinin müşavirəsi keçirildi.
Avqustun 5-də Goranboy icra hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə aparat işçilərinin müşavirəsi keçirildi.
Müşavirədə şöbələr üzrə verilmiş tapşırıqların icrası və vətəndaş müraciətlərinin araşdırılması vəziyyəti barədə müzakirələr aparıldı, görülmüş işlər geniş təhlil olundu və qarşıda duran vəzifələrlə bağlı, xüsusən də Qurban bayramının keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verildi.