Modern.az

Azərbaycanda 2 yerdə ağac qaz xəttinin üstünə aşdı

Azərbaycanda 2 yerdə ağac qaz xəttinin üstünə aşdı

Aktual

5 Avqust 2019, 16:55

Axşam saatlarında Nəsimi rayonu, S.Rüstəm küçəsində küclü külək ağacı orta təzyiqli qaz kəmərinin üzərinə aşırıb.

 

Modern.az nəticədə qaz xətti onu saxlayan dirəklərdən qopub. Lakin qaz sızması baş vermədiyindən təchizatda fasilə yaranmayıb. Hazırda ərazi ağac qalıqlarından təmizlənir, bundan sonra dərhal qaz xətti əvvəlki vəziyyətinə qaytarılacaq.

 

Daha bir halda isə ağac Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ATV plyus” kabel televiziyasının sayğacının üzərinə aşaraq onu zədələyib. Sayğac yarasız hala düşüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı