Modern.az

Saatlıda şirkətdən oğurluq edən mühafizəçilər saxlanıldı

Saatlıda şirkətdən oğurluq edən mühafizəçilər saxlanıldı

Aktual

5 Avqust 2019, 18:44

Saatlı rayonunda iyulun 29-da  MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan borular oğurlanıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin   Şirvan regional qrupundan Modern.az-a verilən məlumata  görə, Saatlı  Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri-həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıblar.

 

Dindirilmə zamanı onlar törətdikləri  cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi  maddi sübut kimi götürülüb. 

Faktla bağlı Saatlı  RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı