Modern.az

Rusiyada hərbi hissədə partlayış: əhali panikaya düşdü, Şoyqu müavinini göndərdi

Rusiyada hərbi hissədə partlayış: əhali panikaya düşdü, Şoyqu müavinini göndərdi

Aktual

5 Avqust 2019, 19:05

Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərinin sakinləri yaxınlıqda yerləşən hərbi hissədə baş vermiş partlayışa görə tələsik evlərini tərk etməyə çalışır.

 

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, hərbi hissənin ərazisində döyüş mərmilərinin bir-birinin ardınca partlaması eşidilir, insanlar kütləvi şəkildə maşınlarına oturub yaşayış məntəqəsini tərk etməyə çalışır. Baxmayaraq ki, hakimiyyət nümayəndələri insanları panikaya düşməməyə çağırır.

 

Hərbi hissədə partlayış bu gün baş verib, azı 4 nəfərin xəsarət aldığı bildirilir.

Sosial şəbəkələrdə yayılmış videokadrlarda yollarda tıxacın yarandığı görünür, yanacaqdoldurma məntəqələrində də ajiotaj yaranıb. Bir çoxları benzin götürə bilmədiyindən yolda qalıb.

Müdafiə naziri Sergey Şoyqu öz müavini, ordu generalı Dmitri Bulqakovu bir qrup mütəxəssisləri ilə birlikdə partlayışı araşdırmaq üçün Krasnoyarska göndərib.

 

Hərbi hissənin 20 kilometrlik radiusunda əhalinin evakuasiyası barədə qərar verilib. Hərbi hissənin anbarlarında 152 və 155 millimetrlik mərmilər var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı