Modern.az

Toyda zəhərlənənlərin sayı 75-ə çatıb

Toyda zəhərlənənlərin sayı 75-ə çatıb

Aktual

6 Avqust 2019, 09:21

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon Xəstəxanasına və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdi:

“Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımı yardım edilib. Gecə saat 2-də xəstəxanada 6 nəfər xəstə olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hazırda xəstəxanada 2 nəfər qalıb”.

Rəsmi məlumata görə, baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı