Modern.az

DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı - 2 ölü, 12 yaralı

DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı - 2 ölü, 12 yaralı

Aktual

6 Avqust 2019, 12:13

Daxili İşlər Nazirliyi avqustun 5-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində baş vermiş ağır qəza barədə məlumat yayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi “Mercedes” və N.Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı