Modern.az

Məhkəmə redaktoru həbsdə saxladı

Məhkəmə redaktoru həbsdə saxladı

Aktual

6 Avqust 2019, 19:10

Bu gün, avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun şikayətinə baxıb. O, ev dustaqlığına buraxılmaması ilə bağlı şikayət verib, amma apellyasiya məhkəməsi şikayəti təmin etməyib.

Modern.az xatırladır ki, P.Aslanov bu il iyunun 12-də saxlanıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada bildirilib ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova “Azadlıq” radiosuna ərinin günahsız olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı