Modern.az

Bakıda 26 yaşlı gənc güllələndi

Bakıda 26 yaşlı gənc güllələndi

Aktual

7 Avqust 2019, 00:16

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə Rasim Muxtarov küçəsi 43 ünvanında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı