Modern.az

Çempionlar Liqasında 5 qarşılaşmanın NƏTİCƏSİ

Çempionlar Liqasında 5 qarşılaşmanın NƏTİCƏSİ

Aktual

7 Avqust 2019, 08:08

Ötən axşam UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Modern.az xəbər verir ki, ilk oyun günündə 5 görüş keçirilib.

Azərbaycanı təmsil edən "Qarabağ" Kiprdə APOEL-in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubunun pley-off-dakı potensial rəqibləri PAOK və "Ayaks" isə Yunanıstanda üz-üzə gəlib. Matç 2:2 hesabı ilə başa çatıb.



6 avqust

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi 

İlk oyunlar


APOEL (Kipr) - Qarabağ" (Azərbaycan) - 1:2
Qollar: 
Mahir Emreli, 54 (0:1), Maqaye Qeye, 70 (0:2), Merkis, 90+5 (1:2)

PAOK  (Yunanıstan) - "Ayaks" (Hollandiya) - 2:2
Qollar: 
Ziyex, 10 (0:1), Akpom, 32 (1:1), Matoş, 39 (2:1), Huntelaar, 57 (2:2)

Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferençvaros" (Macarıstan) - 1:1
 Qollar: 
Olmo, 7 (1:0), Siqer, 60 (1:1)

Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)- 1:0
Qol: 
Vanaken, 37-pen

"Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)- 1:1
Qollar: 
Pavkov, 44 (1:0), Vind, 84-pen (1:1)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı