Modern.az

Araz Ağalarovun qardaşı qızı qəzaya düşdü

Araz Ağalarovun qardaşı qızı qəzaya düşdü

Aktual

7 Avqust 2019, 12:03

Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qardaşı qızı Səbinə Ağalarova qəzaya düşüb.

 

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, "Qazel" markalı yük maşını onun idarə etdiyi “Bentley” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı Səbinə Ağalarova xəsarət almasa da, maşını yararsız hala düşüb.

 

“Qırmızı işıqda dayanmışdıq. Arxadan yük maşını bizi vurdu. Məlum oldu ki, onu da arxadan qoşqu vurub. Onun sürücüsü yaşıl oxu əsas siqnalla səhv salıb. Hamımız sağıq. Heç kim xəsarət almayıb", - deyə Səbinə Ağalarova bildirib.

Qeyd edək ki, Səbinə Ağalarova 3 uşaq anasıdır. Bir müddət əvvəl də onun Aleksa adlı qızı dünyaya gəlib.

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı