Modern.az

Türkiyədə doğulan azərbaycanlıya sənəd verilmir - MÜRACİƏT

Türkiyədə doğulan azərbaycanlıya sənəd verilmir - MÜRACİƏT

Aktual

7 Avqust 2019, 16:05

Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi fəal Kərim Əsgəri yeni doğulmuş oğlunun sənədlərini düzəltdirə bilmir. 

Modern.az xəbər verir ki, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb: 

“Təxminən 47 gün əvvəl bir övladımız doğuldu. Ailədə 3 nəfər olduq. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır. Bu günədək oğlum Təbrizə doğum haqqında şəhadətnamə, pasport ala bilmirik. Yoldaşımın bacısına etibarnamə versək də, sənədi almaq mümkün olmur. Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə əsasən, bu sənədlər verilməlidir. Hər gün Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinə, konsulluğa, "ASAN xidmət"ə müraciət edirik. Lakin sənədimiz düzəlmir”. 

Kərim Əsgəri bildirib ki, uşağın Bakıya gətirilməsi tələb olunur: 

“İnsafsızlar əl boyda uşağı  Bakıda görmək istəyirlər ki, o sənədləri versinlər. Soruşmaq istəyirəm: hansı insafa əsasən 50 günlük uşağı anasıyla bərabər və bu isti havada Azərbaycana gətizdirmək istəyirsiniz? Bəs, konsulluğun işi bu kimi problemləri həll etmək deyilmi? İki ayı tamam olmamış uşağın günahı nədir? Təbrizin anası hər gün sənəd işləri üçün səfirlik və Türkiyədə başqa dövlət idarələrinə gedir, uşaq isə ac-susuz mənimlə qalır”.

Güneyli fəalın sözlərinə görə, sənəd olmadığından uşağı peyvənd etdirmək mümkün olmur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı