Modern.az

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Aktual

7 Avqust 2019, 18:38

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

BFB-dən Modern.az-a verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 21 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 656,724,500.00 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26%) müəyyən edilib.

 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 4 sentyabr 2019-cu ildir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı