Modern.az

Sabah favorit "Neftçi" olacaq

Sabah favorit

Aktual

7 Avqust 2019, 22:27

"Neftçi"nin Moldova və Rusiya klubları ilə oyunlarına baxmışıq və zəif cəhətlərini tapmağa çalışmışıq".

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu "Bney Yehuda"nın futbolçusu Dan Mori deyib.

31 yaşlı mərkəz müdafiəçisi bu gün keçirilən mətbuat konfransında Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri oyunu dəyərləndirib. İsrail millisinin üzvü 10 il əvvəl bu klubun heyətində avrokuboklarda "Simurq"a qarşı çıxış etməsinə də toxunub: "Budəfəki oyun daha fərqli olacaq. 10 il əvvəl "Bney Yehuda" favorit idisə, sabah favorit "Neftçi" olacaq. Səhv etmirəmsə, "Simurq"a qarşı mərkəzi arenada oynamışdıq və tribunalar boş idi. Sabah fərqli mənzərə olacaq".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı