Modern.az

Səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib

Səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib

Aktual

7 Avqust 2019, 23:41

Rusiya-Gürcüstan müharibəsinin 11-ci ildönümü ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

Modern.az xəbər verir ki, bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Gürcüstanın dövlət bayrağı avqustun 9-u saat 08:00-a kimi bu vəziyyətdə qalacaq.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya və Gürcüstan arasında baş vermiş 5 günlük müharibə nəticəsində Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. Müharibə zamanı 500-dən çox insan ölüb. 2008-ci il avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Sentyabrın 2-də isə iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı