Modern.az

“Neftçi” Bakıda heç-heçəyə razılaşdı

 “Neftçi” Bakıda heç-heçəyə razılaşdı

Aktual

8 Avqust 2019, 22:55

“Neftçi” doğma meydanda keçirdiyi görüşdə məğlubiyyətdən son anda xilas oldu.

Modern.az xəbər verir ki, oyunun əsas vaxtına əlavə edilən 7-ci dəqiqədə Namiq Ələsgərov vurduğu qolla hesabı bərabərləşdirib.

***

Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) - “Bney Yehuda” (İsrail) oyununda daha bir qol vurulub.

Modern.az  xəbər verir ki,  Bakıda təşkil olunan matçın 43-cü dəqiqəsində "ağ-qaralar" hesab arasındakı fərqi minimuma endiriblər. Komandamızın heyətində Stiven Jozef-Monroz rəqibi cəzalandırıb - 1:2.   

 

***

 

“Neftçi”  36-cı dəqiqədə qapısında daha bir qol görüb.

Bu dəfə Muhammed Qədir topu  "Neftçi"nin qapısından keçirib: 0:2.

 

***

 

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyun çərçivəsində Bakıda keçirilən  “Neftçi” “Bney Yehuda” oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 26-cı dəqiqəsində “Neftçi”  hesabda geri düşüb.

 “Bney Yehuda”nın heyətində Tambi Saqas fərqlənib:  0:1.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!