Modern.az

Şəmkir sakini kürəyindən bıçaqlandı

Şəmkir sakini kürəyindən bıçaqlandı

Aktual

8 Avqust 2019, 22:43

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Şəmkir sakini Malik Abdullayev kürək nahiyəsinin daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı cərrahi əməliyyat olunub, vəziyyəti hazırda qənaətbəxşdir. Onun kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

Hadisəni törəsən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!