Modern.az

Medvedev Qırğızıstana gedir

Medvedev Qırğızıstana gedir

Aktual

8 Avqust 2019, 23:41

Rusiyanın baş naziri Dmitri Medvedev avqustun 9-da Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanın Çolpan-Ata şəhərinə gedib.

Modern.az Rusiya mediasına istinadən  xəbər verir ki, iclasdan qabaq baş nazirin Qırğızıstan prezidenti Sooranbay Jeenbekovla görüşəcəyi planlaşdırılır.

Bundan başqa Medvedev Belarus, Ermənistan və Qırğızıstanın baş nazirləri Sergey Rumas, Nikolay Paşinyan və Muhammetkalı Abılqaziyevlə də görüşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!