Modern.az

Oğuzda başlayan meşə yanğını söndürüldü

Oğuzda başlayan meşə yanğını söndürüldü

Aktual

9 Avqust 2019, 22:58

Oğuzda meşə yanğınları zamanı 2 hektar ərazi yanıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə bugün günorta saatlarında rayonun Calut kəndinin yüksək dağlıq ərazilərində baş verib.

Hadisə yerinə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası cəlb olunsa da, yüksək dağlıq əraziyə texnikalar qalxa bilməyib. Eyni zamanda, əraziyə Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, kənd camaatı və polis əmakdaşlarından ibarət 100-dən çox insan cəlb olunub.

Nəhayət axşam saatlarında xüsusi əl avadanlıqları vasitəsilə yanğının qarşısını almaq mümkün olub.

Yanğın nəticəsində 2 hektara yaxın ərazidə kol-kos və ağaclar yanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı