Modern.az

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq

Aktual

10 Avqust 2019, 14:24

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib.

O bildirib ki, hava dəhlizi bu il avqustun 15-də açılacaq.

 

H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub:

“Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”.

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...