Modern.az

Göyçaydakı qəzada ölən və yaralananların kimliyi bilindi

Göyçaydakı qəzada ölən və yaralananların kimliyi bilindi

Aktual

10 Avqust 2019, 23:57

Göyçayda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Modern.az APA-ya istinadən xəbər verir ki, Bığır kənd xəstəxanasının qarşısında iki "VAZ 21011" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində sürücülərdən biri 1963-cü il təvəllüdlü Bulud Abışov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

1994-cü il təvəllüdlü Xəyal Məmmədov, 1993-cü il təvəllüdlü Tapdıq Azakov, 1983-cü il təvəllüdlü Şamo Nəbiyev isə ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və Travmatologiya şöbələrinə yerləşdirilib.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...