Modern.az

Bakı Şəhər İcra Hakimiyyətindən təcili XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyətindən təcili XƏBƏRDARLIQ

Aktual

11 Avqust 2019, 10:50

Modern.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına təcili müraciət edib. Meriya bildirir  ki, bu gün avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqı gözlənilir.

“Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə şağırıriq.

Paytaxt Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar”,- deyə Bakı Şəhər İcra Hakimiyyətinin təcil xəbərdarlığında bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı