Modern.az

Goranboy  Rayon İcra Hakimiyyətində yeni təyinat

Goranboy  Rayon İcra Hakimiyyətində yeni təyinat

Aktual

6 Sentyabr 2019, 23:44

Goranboy  Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə təyinat olub.

Rayon İcra Hakimiyyətindən Moden.az-a verilən məlumata görə, bu posta Sadıqov Sərdar İltifat oğlu gətirilib.

Goranboy  Rayon İcra Hakimiyyətində uzun illər müxtəlif vəzifələrdə çalışan Sərdar Sadıqovun son vəzifəsi İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsi olub.

Qeyd edək ki, Sərdar Sadıqov Azərbaycan Dövlət İqtisad Universiteti  və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı