Modern.az

Bir ailədən 5 nəfərin öldüyü qəza – DİN rəsmi məlumat yaydı

Bir ailədən 5 nəfərin öldüyü qəza – DİN rəsmi məlumat yaydı

Aktual

9 Sentyabr 2019, 15:59

Daxili İşlər Nazirliyi İmişlidəki dəhşətli qəza barədə məlumat yayıb.

Modern.az xəbər verir ki. nazirliyin məlumatına görə, sentyabrın 9-da gecə saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Nəticədə sürücü İlqar Şamxalov və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.

Avtomobil kanaldan çıxarılıb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.  

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!