Modern.az

Gürcüstan Qarabağda keçirilən “seçkiləri” tanımır - XİN

Gürcüstan Qarabağda keçirilən “seçkiləri” tanımır - XİN

Aktual

9 Sentyabr 2019, 19:03

Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “yerli özünüidarəetmə orqanlarına” keçirilən “seçkilər” ilə bağlı bəyanat yayıb.

 

Modern.az Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan XİN-inin saytında rəsmi məlumat yerləşdirilib.

 

Bəyanatda deyilir ki, Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda 2019-cu il sentyabrın 8-də keçirilən “yerli özünü idarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.

 

Gürcüstan XİN münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq ictimaiyyətin iştirakı ilə həllinə tərəfdardır.

Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!