Modern.az

Peşə məktəblərinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq  

Peşə məktəblərinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq  

Aktual

10 Sentyabr 2019, 17:04

Sentyabrın 11-də peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq.

Modern.az xəbər verir ki, vətəndaşlar 18 nömrəli Bakı Peşə liseyində ( ünvan: Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A ) təşkil ediləcək Apelyasiya Komissiyasına 11-13 sentyabr tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı bu gün başa çatır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı