Modern.az

2614 litr qan tədarük olunub - RƏSMİ

2614 litr qan tədarük olunub - RƏSMİ

Aktual

10 Sentyabr 2019, 18:55

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 809 nəfər könüllü olaraq qan verib.

 

Bu barədə Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib.

 

Nazirlikdən qeyd edilib ki, saat 18:00-a olan məlumata əsasən 5 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 614.1 litr qan tədarük olunub.

 

Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

 
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!