Neftçalada ildırım vuran şəxslərdən biri dünyasını dəyişib.
Modern.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, 1991-ci il təvəllüdlü Qarayev Vaqif Azər oğlunu həyatda saxlamaq mümkün olmayıb.
***
Neftçalada 2 nəfəri ildırım vurub.
Rayon İcra Hakimiyyətindən Modern.az-a bildiriblər ki, hadisə rayonun Tatarməhlə kəndi ərazisində qeydə alınıb. Otlaq ərazidə qoyun otaran Şamaxı sakinləri - Vaqif Gərayev və Tural Abdullayevi ildırım vurub. Hər iki şəxs Neftçala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.