Modern.az

Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

Aktual

10 Sentyabr 2019, 20:04

Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı azalıb.

Modern.az-ın "Trend"ə istinadən məlumatına görə, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrin sayı 8 684 (residiv halları istisna olmaqla) olub.

Bu say 2017-ci ildə 9 743, 2015-cı ildə -cı ildə 9 695, 2010-cu ildə 12 469, 2005-ci ildə 5 320 olub.

2018-ci ildə ölkədə 3 762 nəfərə ilk dәfә vərəm diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 3 666 olub.

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinә düşən ilk dәfә vərəm diaqnozu qoyulmuş insanların sayı 43,7 nəfər olduğu halda, 2018-ci ildə bu say 38,3-ə enib.

Xəstələrin çoxuna ağciyər vərəmi diaqnozu qoyulub.

Ötən il 2 859 nəfərə ilk dəfə ağciyər vərəmi, 466 nəfərə vərəmli plevrit, 157 nəfərə sümük və oynaqların vərəmi diaqnozu təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...