Modern.az

Türkiyə qondarma rejimin “yerli özünüidarəetmə seçkiləri”ni tanımır

Türkiyə qondarma rejimin “yerli özünüidarəetmə seçkiləri”ni tanımır

Aktual

10 Sentyabr 2019, 20:16

“Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazda regional sabitliyə və inkişafa ən böyük əngəldir”.

Modern.az xəbər verir ki, sentyabrın 8-də Ermənstanın işğal etdiyi Azərbaycan torpaqlarında qondarma rejimin keçirdiyi “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı Türkiyə XİN-in diplomatik mənbələrindən APA-ya bildirilən açıqlamada belə deyilib.

Açıqlamada qeyd olunub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT müvafiq 4 qətnaməsi çərçivəsində, sülh şərtləri daxilində həll edilməsini arzu edir: “Bu baxımdan Türkiyə Ermənistanın qanunsuz olaraq zəbt etdiyi işğal altındakı Dağlıq Qarabağ ərazisində keçirilən “yerli seçkiləri” tanımır. Ona görə də Ermənistanın beynəlxalq hüquq normalarına zidd status-kvonu qanuniləşdirmək səylərini keçmişdə olduğu kimi, bu gün də qəbul etmirik və bu qanunazid addımların problemin həllinə heç bir faydası olmadığını bir daha bəyan edirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı