ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp özü məlumat yayıb:
"Mən Con Boltona xidmətlərinin artıq Ağ Evdə lazım olmadığını bildirdim. Mən onun bir çox məsləhətləri ilə razılaşmırdım, həmçinin administirasiyadakı bir sıra şəxslər kimi. Buna görə Condan istefasını istədim və o da bu səhər istefasını verdi".