Modern.az

Türkmənistan Prezidenti Bakıda təkliflər verdi

Türkmənistan Prezidenti Bakıda təkliflər verdi

Aktual

25 Oktyabr 2019, 15:37

“Qoşulmama Hərəkatı olaraq atdığımız addımlar, qəbul etdiyimiz qərarlar bu gün də aktualığını itirmir. Dünya birliyi bizi qlobal təhlükəslik üçün çalışan təşkilat kimi qəbul etməlidir”.

Modern.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının bu gün Bakıda keçirilən Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Berdiməhəmmədov vurğulayıb ki, Türkmənistan BMT-nin Baş Assambleyasının qəbul etdiyi bütün qərarları qəbul edir:

“Terrorçulağa qarşı mübarizə qlobal çağırışlardan biridir. Türkmənistan qəti şəkildə BMT-nin qlobal anti-terror siyasətinin keçirməsinin tərəfdarıdır. Bu gün mühüm çağırışlardan biri Qoşulmama Hərəkatının qlobal iqtisadiyyatda iştirak etməsidir. Hesab edirik ki, Qoşulmama Hərəkatı ümumi mövqedən çıxış edərək inkişaf etməkdə olan ölkələrə dəstək verməlidir. Məsuliyyətli formada öz iqtisadi gündəliyimizi təşviq etməliyik. Biz dövlətlər olaraq qlobal enerji təhlükəsizliyinin davamlı şəkildə formalaşdırılmasında iştirak etməliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı