Niderland Azərbaycan və Ermənistana itkin düşmüş şəxslərin axtarışı üçün maliyyə yardımı göstərəcək.
Modern.az xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen İrəvanda bildirib.
Nazir ölkəsinin Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları alqışladığını deyib.
“Prosesin sülh sənədinin imzalanması ilə başa çatması çox vacibdir”, – deyə Berendsen bildirib.
O, həmçinin İrəvanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa can atmasını alqışlayıb.