Modern.az

RİNN-də ABŞ-nin “Fortinet” şirkətinin vitse-prezidenti ilə görüş keçirilib

RİNN-də ABŞ-nin “Fortinet” şirkətinin vitse-prezidenti ilə görüş keçirilib

Aktual

Bu gün, 14:25

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ABŞ-nin “Fortinet” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşüb.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Görüşdə Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə “Fortinet” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən ali təhsil müəssisələrində “Fortinet Academic Partner Program”ın genişləndirilməsi müzakirə edilib.


Eyni zamanda şirkətlə “bulud” texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb. 

RİNN-də ABŞ-nin “Fortinet” şirkətinin vitse-prezidenti ilə görüş keçirilib - 1

RİNN-də ABŞ-nin “Fortinet” şirkətinin vitse-prezidenti ilə görüş keçirilib - 2

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...