Modern.az

Milli Məclisin komitə sədri: “Təcrübəmiz öyrənilir”

Milli Məclisin komitə sədri: “Təcrübəmiz öyrənilir”

Aktual

28 Oktyabr 2019, 14:22

“Son illər Azərbaycanda ardıcıl olaraq bir sıra beynəlxalq tədbirlər keçirilir. Bunlardan biri də 28 oktyabr tarixində Finlandiya hökümətinin və Əlil Təşkilatları İttifaqının birlikdə keçirdiyi “Əlilliyi olan şəxslərin hüquqlarına dair” seminardır. Bu, bir daha onu göstərir ki, Azərbaycan bütün məsələlərdə olduğu kimi sosial müdafiə sistemində də örnək regionlardan biridir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Keçirilən tədbirdə  Finlandiyanın Azərbaycandakı səfiri xanım Arja Makkonen, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini, xanım İrina Qoryunova, beynəlxalq təşkilatların, səfirliklərin və QHT-lərin nümayəndələri iştirak edib.


Açılış mərasimində Hadi Rəcəbli sistemli, geniş nitq söyləyib. O, Azərbaycanda sosial müdafiənin təməl prinsiplərini 3+2 fəlsəfi əsasları ilə izah edib. Birinci üçlükdə ölkəmizdə əlillik problemi ilə bağlı ayrı-ayrı məsələlər xüsusi vurğulanıb. Bunlardan birincisi əlilliyin qarşısının alınması, bu sahədə işlər, hüquqi baza, ikincisi əlillərin reabilitasiyası və üçüncüsü sosial müdafiəsi məsələləridir. Hər üç prinsip ətrafında qəbul olunan qanunlar, onlara əlavə və dəyişikliklərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Bu prinsiplərin hər biri davamlı olaraq əlilliyi olan şəxslərin təhsili və məşğulluğu ilə sıx bağlıdır.


“Bu sahələrdə ölkəmizdə görülən işlər beynəlxalq təşkilatlar üçün çox maraqlı oldu. Xüsusilə birinci və ikinci qrup əlilliyi olan şəxslərin təhsil xərclərinin büdcə hesabına ödənməsi, özünüməşğulluğa cəlb olunanların yarısının əlilliyi olan şəxslərdən ibarət olması, idarə və müəssisələrdə iş təminatında kvotaların ayrılması, son aylarda Prezident İlham Əliyev cənabları tərəfindən  bu qrup insanlara verilən müavinətlərin həcminin 40 faizdən 60 faizə çatması, əlilliyi olan şəxslərin sanator-kurort müalicəsinə göndərilməsi xüsusi diqqəti cəlb etdi. Maraqlı məqamlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində DOST xidmətinin yaradılması məsələsi və burada 8 növ müavinət və xidmətlərin elektron qaydada göstərilməsidir”.

Tədbirdə Hadı Rəcəbli beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələrinin mövzu ətrafında çoxsaylı suallarına cavab verib.

Sonda xatirə şəkili çəkilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı