Modern.az

Eks-nazir ermənilərin Konqresdə təxribatını ŞƏRH ETDİ: “Sıfır səviyyəsindədir”

Eks-nazir ermənilərin Konqresdə təxribatını ŞƏRH ETDİ: “Sıfır səviyyəsindədir”

Aktual

30 Oktyabr 2019, 12:01

Qondarma rejimin “xarici işlər naziri” Masis Mayilyanın başçılıq etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarının paytaxtına “işgüzar səfəri” başlayıb. Nümayəndə heyətinə “ölkənin” parlament Xarici Əlaqələr Komitəsi sədrinin müavini David Melkumyan da daxildir.

 

Masis Mayilyan səfər çərçivəsində ABŞ Konqresində “DQR”in “müstəqilliyinə həsr olunmuş məruzə” ilə çıxış edəcək.

ABŞ Konqresinin əsas komitə sədrləri və üzvləri ilə görüşlər, həmçinin, Vaşinqtondakı nüfuzlu beyin mərkəzlərində çıxışlar planlaşdırılır. “Xarici işlər naziri” erməni diaspor təşkilatlarının nümayəndələri ilə də görüşəcək.

 

Məsələ ilə bağlı Modern.az-a danışan  sabiq xarici işlər naziri, politoloq Tofiq  Zülfüqarov bildirib ki, bu çıxışın əhəmiyyəti böyük deyil, sıfır səviyyəsindədir:

“Hər kəs bilir ki, ABŞ Konqresinin ən azı 7-8 binası var. Hətta onların bəziləri  metro kimi yer altında salınıb. Hər bir konqresmenin qəbul otağı,  ümumi istifadə üçün zalları var. Kiminsə ABŞ Konqresində çıxış etməsi o demək deyil ki, konqresin Nümayəndələr Palatasında olacaq. Onlar hansısa zalda ermənipərəst adamları bir yerə yığırlar. Bu məsələdə  erməni təbliğatına,  provokasiyasına uymamağı tövsiyə edirəm. Düzdü, bu mənfi  haldır. Ancaq onun əhəmiyyəti heç də böyük deyil, sıfır səviyyəsindədir. Bunu açıq deməliyik”.

 

Sabiq xarici işlər nazirinin sözlərinə görə, bu məsələlər müxtəlif komissiyalarda müzakirəyə çıxarılsa da, heç vaxt səsverməyə çıxarılmayıb:

“Ermənilər təbliğat  baxımından  lobbiçilik səyi nəticəsində 5-10 adamı  ətraflarına yığacaqlar  və danışacaqlar. Sonra  da qələmə verəcəklər ki, “Tramp bizi qəbul edib”.

 

Diplomat məsələnin digər tərəfindən də danışıb.

“İkinci məsələ odur ki,  bu məsələnin kökündə  ABŞ-Türkiyə arasında olan münasibətlər deyil. Nümayəndələr Palatası bu məsələləri uzun müddət müxtəlif komisiyalarda müzakirə edib. Amma ümumi  iclasa, səsverməyə heç vaxt çıxartmayıblar. Bu da onun  nəticəsində baş verib ki, orada yəhudi lobbisinin gücü hər zaman olub. Bu zaman istənilən məsələ müzakirəyə çıxarıla da bilər, çıxarılmaya da”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı