Modern.az

Səfir Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirdi

Səfir Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirdi

Aktual

11 Mart 2020, 12:22

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə münasibət bildirib.

 

Modern.az-ın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyir.

 

“2020-ci ildə tərəflər arasında hər hansı gərginliyin olmayacağına və danışıqların uğurla davam edəcəyinə ümid edirəm. Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləməyə davam edəcəyik”, - deyə səfir qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı