Modern.az

Ağstafada 4 ədəd mərmi tapıldı

Ağstafada 4 ədəd mərmi tapıldı

Aktual

17 Mart 2020, 19:38

2020-ci il 17 Mart tarixində saat 12:14-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd 85 mm-lik top mərmisi (BR-365K) və 1 ədəd 130 mm-lik top mərmisi (BR-482) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Top mərmilərinin ətrafında 800 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Ümumilikdə, Agentlik tərəfindən 01 yanvar – 17 mart 2020-ci il tarixlərində 69 siqnal (əməliyyat çağırışı) əsasında 63 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Lənkəran, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 184 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 5 674 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 36 635 kv.m ərazi yerüstü və 4 081 kv.m ərazi yeraltı yoxlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?