Modern.az

Əfqan Muxtarlı azadlığa buraxıldı

Əfqan Muxtarlı azadlığa buraxıldı

Aktual

17 Mart 2020, 21:35

Jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb. 

 

Modern.az  xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Əfqan Muxtarlı Suraxanı rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılaraq (şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma) hava limanına, oradan isə hazırda ailəsinin yaşadığı Almaniyaya yola salınıb.

 

Qeyd edək ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.

Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?