Martın 19-da Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan şəhid ailələrinə Novruz sovqatları paylanılıb.
Modern.az xəbər verir ki, Hacıqabul rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhid ailələri ziyarət edilmiş və bayram sovqatları verilib.
Rayon İcra Hakimiyyətinin əməkdaşları görüşdə Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıblar.
Bildirilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə veməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə şəhid ailələrinə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.
Bayram sovqatlarını qəbul edən şəhid ailələri onlara göstərilən bu cür diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.