İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İranla müharibəni bərpa etməyə razı salmaq üçün ona hər gün zəng edir.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Ev daxilində və xaricində müharibənin bərpasını istəməyən şəxslər bu cəhdlərə qarşı çıxmağa çalışırlar.
Məlumatda bildirilir ki, Netanyahunun yeni hücuma nail olmaq üçün göstərdiyi israrlı səylər ərəb liderlərində narahatlıq doğurur. Onlar regionda vəziyyətin daha da gərginləşməsindən ehtiyat edirlər.