ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini və münaqişənin tezliklə başa çatacağını düşündüyünü bildirib.
Modern.az xəbər verir ki, Tramp Tehranın Vaşinqtonla “çox nəzakətli” şəkildə danışıqlar apardığını deyib.
ABŞ prezidenti İranın nüvə silahına sahib olmamasının müzakirə predmeti olmadığını vurğulayıb:
“İranın heç vaxt nüvə silahı olmayacaq. Onlar bunu başa düşür və qəbul edirlər, lakin qəbul etdiklərini etiraf etmirlər”.
Tramp ABŞ-nin hərbi əməliyyatlara tam hazır olduğunu, lakin silah tətbiqinə ehtiyac yaranacağını düşünmədiyini bildirib.
“Hərbi əməliyyatlar elə də zəruri görünmür, amma biz tam hazırıq. Bu münaqişənin başa çatması istiqamətində irəliləyiş görürük. Düşünürəm ki, o, kifayət qədər tezliklə bitəcək. Hərbi baxımdan hər şey faktiki olaraq artıq başa çatıb”, – o qeyd edib.
Tramp mövcud vəziyyətin əsasən İranın qonşusu olan ölkələrin xahişi ilə qorunub saxlanıldığını deyib. O, son altı ayda ABŞ-nin bir hərbçisini belə itirmədiyini də bildirib.
Venесуeladakı vəziyyətə toxunan ABŞ prezidenti proseslərə tam nəzarət etdiklərini iddia edib.