Qubada avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Modern.az xəbər verir ki, hadisə noyabrın 10-da saat 01:10 radələrində rayonun Tüləkəran kəndi ərazisində baş verib.
“Lada Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda vəfat edib. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.