Modern.az

Almanlar koronavirusla bağlı yeni simptomlar aşkarladı

Almanlar koronavirusla bağlı yeni simptomlar aşkarladı

Aktual

19 Mart 2020, 15:11

Çindən başlayan koronavirus dünyaya yayılmaqda davam edir. Bu virusun əlamətləri olaraq atəş, yorğunluq, öskürək, quru öskürək, nəfəs almaqda çətinlik göstərilir. Bəzən xəstələrdə ağrı, axan burun, boğaz ağrısı və ishal da ola bilər.

Modern.az xəbər verir ki, koronavirusla bağlı yeni simptomlar müəyyən edilib.

 

Bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti Almaniyanın elm adamlarına istinadla məlumat yayıb.

 

Qeyd olunub ki, koronavirusa yoluxan insanların üçdə ikisində qoxu və dadbilmə qabiliyyətinin qısa müddətə itdiyi müşahidə edilib. Həmçinin, xəstələrin 30 faizində ishal problemi yaranıb.

 

Həkimlər SARS-1-ə nisbətən az təhlükəli olmasına baxmayaraq, COVID-19-un daha sürətlə yayıldığını vurğulayıblar.

 

Səkinə ƏLƏKBƏR

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?