Modern.az

Sumqayıtda məişət tullantıları poliqonu yanır

Sumqayıtda məişət tullantıları poliqonu yanır

Aktual

10 Aprel 2020, 12:02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...