Modern.az

Maska istehsal edən müəssisənin sahibi: “Elə qiymət qoyulacaq ki, vətəndaşlar üçün əlçatan olsun”

Maska istehsal edən müəssisənin sahibi: “Elə qiymət qoyulacaq ki, vətəndaşlar üçün əlçatan olsun”

Aktual

10 Aprel 2020, 13:38

“Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunda artıq istehsal prosesi başlayıb”.

Bunu Modern.az-açıqlamasında “Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva bildirib.

S.Babayeva qeyd edib ki, növbəti həftənin cümə gününədək masklar satışa çıxarılacaq:

“Fabrikin gündəlik tələbatı ödəmək gücü var. Növbəti həftənin sonundan etibarən ilkin olaraq, gündəlik 200 min ədəd maska istehsal ediləcək”.

S.Babayevanın sözlərinə görə, maskaların qiymətilə bağlı təkliflər hazırlanıb:

“Biz qiymətlərlə bağlı təkliflərimizi vermişik. Hökumət tərəfindən uyğun bir qiymət müəyyən olunacaq. Bu, elə qiymət olacaq ki, kimsə bundan manipulyasiya edə bilməyəcək, nə də maska istehsalını monopoliyaya ala biləcək”.

 

 Fabrik rəhbəri qeyd edib ki, maska istehsalı birbaşa dövlətin nəzarətindədir:

“Qiymətlə bağlı qərar verilən kimi ictimaiyyətə açıqlanacaq. Bu elə qiymət olacaq ki, həm də pandemiya dövründə vətəndaşlarımız üçün əlçatan olsun”.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV