Modern.az

Bu SMS-dən sonra 190 manatı ala bilərsiz

Bu SMS-dən sonra 190 manatı ala bilərsiz

Aktual

10 Aprel 2020, 15:30

Birdəfəlik ödəməni almaq üçün vətəndaşlara daxil etdikləri nömrələr üzrə SMS göndərilir.

 

Modern.az verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkədə paylaşıb.

 

Bildirib ki, artıq SMS-i alan vətəndaşlar bank filiallarından və poçt şöbələrindən vəsaiti əldə edirlər. “Dünən də qeyd etdiyim kimi, ilk partiyada 10 min işsiz şəxsə ödəmə edilib. Proses hər gün davam edəcək”.

 

Ödəmənin alınması ilə bağlı təsdiq SMS-i bu formada gəlir:

 


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV