Modern.az

Bakı Nəqliyyat Agentliyi: Sərnişin axını çoxdur, sıxlıq yaranıb

Bakı Nəqliyyat Agentliyi: Sərnişin axını çoxdur, sıxlıq yaranıb

Aktual

10 Aprel 2020, 15:43

Xüsusi karantin rejimində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə müntəzəm və ekspress xətt avtobuslarının fəaliyyəti davam etdirilir.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.


M.Ağayev qeyd edib ki, müntəzəm xətlərlə yanaşı, 7 ekspres xətt üzrə əlavə 100 ədədə yaxın avtobus sərnişindaşıma prosesinə cəlb edilir:


“80 ədədə qədər avtobus isə ehtiyat olaraq müvafiq metro stansiyalarının ətrafında saxlanılır. Daşımaların tənzimlənməsi və orataya çıxan məsələlərin təcili həlli məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları tərəfindən ərazidə nəzarət tədbirləri həyata keçirilir”.

 

BNA rəsmisinin sözlərinə görə, görülən bütün zəruri tədbirlərə baxmayaraq hələ də xüsusi ilə səhər və axşam daşımalarında avtobuslarda sərnişin axını çoxluq təşkil edir:

 

01.04.2020            614.142 sərnişin

 

02.04.2020            576.504 sərnişin

 

03.04.2020            554.652 sərnişin

 

04.04.2020            490.230 sərnişin

 

05.04.2020            177.209 sərnişin   

 

06.04.2020            378.106 sərnişin

 

07.04.2020            394.071 sərnişin

 

08.04.2020            420.705 sərnişin   

 

09.04.2020            424.051 sərnişin

 

Daşımalara dair statistik məlumatlara əsasən də yalnız aprelin 5-də sərnişin sayında kəskin azalma müşahidə olunub. Ötən gün isə aprelin 8-i ilə müqayisədə təxminən 24 mindənçox sərnişin artımı qeydə alınıb”. 

 

M.Ağayev deyib ki, icra olunan sərnişindaşıma prosesi o cümlədən də avtobuslararası interval və iş qrafiki adi günlərdən fərqli olaraq məhz xüsusi karantin rejimi ilə icra olunur:

“Sərnişinlərimizdən də hazırki daşımaları məhz bu cür qəbul etmələrini və davranışlarını mövcud vəziyyətə uyğun tənzimləmələrini xahiş edirik. Mövcud epidemik vəziyyətdə sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq avtobuslarda və dayanacaq məntəqələrində növbəlilik prinsipinə, sosial məsafəyə riayət edilməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV