Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 43 küçə və prospektdə 1-9 aprel tarixlərini əhatə edən araşdırmalarına əsasən, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən tədbirlərlə əlaqədar küçə və prospektlərdə nəqliyyat axınında təxminən 30 % azalma müşahidə edilib.
Modern.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, xarici ölkə şəhərlərinin təcrübəsində xüsusi karantin günlərində yollarda nəqliyyat axını ilə bağlı azalma ən az 60-70 % təşkil edir:
“Göstərilən müddət ərzində ən böyük azalma 5 apreldə, ən böyük artım isə 1 apreldə qeydə alınıb. Son iki gündə yəni aprelin 8 və 9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur.
Kiçik,orta və iri tutumlu nəqliyyat vasitələri üzrə araşdırma nəticəsində əldə olunan məlumat aşağıdakı cədvəldə öz əksini tapıb:
| Tarix | Kiçik (3-5 metr) | Orta(5-8 metr) | İri(8-15 metr) | CƏM
|
| 01.04.2020
| 397748 | 168883 | 3699 | 570330 |
| 02.04.2020
| 374107 | 148869 | 2796 | 525772 |
| 03.04.2020
| 380953 | 149531 | 2831 | 533315 |
| 04.04.2020
| 359037 | 147980 | 3146 | 510163 |
| 05.04.2020 | 145797 | 63838 | 1395 | 211030
|
| 06.04.2020 | 262477 | 114565 | 2060
| 379102 |
| 07.04.2020 | 278286 | 113374
| 1696 | 393356 |
| 08.04.2020 | 297925 | 126688
| 1809 | 426422 |
| 09.04.2020 | 302350 | 130173
| 2066 | 434579 |