Modern.az

65 yaşdan yuxarı sürücülər xətdən çıxarılıb

65 yaşdan yuxarı sürücülər xətdən çıxarılıb

Aktual

10 Aprel 2020, 16:02

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, Bakıda sərnişin avtobuslarında çalışan 65 yaşdan yuxarı sürücülər xətdən çıxarılıb.


Modern.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

M.Ağayev qeyd edib ki, BNA sürücülərin koronavirusdan qorunması istiqamətində tədbirlər görür:

"Sürücü ilə sərnişin arasında arakəsmələrin yaradılması istiqamətində işlər görülür. Bilirsiniz ki, əhali ilə sıx əlaqədə olan sürücülər də risk qrupuna aiddir. Sürücülər hər gün tibbi yoxlanışdan keçirilir. Səhhətində problem olan sürücülər xətdən çıxarılır və evə göndərilir. Məsələn, "Bakubus" avtobuslarında 700 sürücü var. Əgər bir sürücüdə koronavirus aşkarlanarsa, 700 sürücü xətdən çıxarılacaq. Ona görə də sürücülərlə sərnişinlər arasında məsafə qorunmalıdır".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV